Futbol üzrə Azərbaycan milli komandası bu gün növbəti oyununa çıxıb. Matc.az xəbər verir ki, Canni De Byazinin çalışdırdığı yığmamız Millətlər Liqasının 2022/23 mövsümündə son matçını keçirib.

C liqasının 3-cü qrupunda yer alan komandamız doğma meydanda qrup liderliyini təmin etmiş Qazaxıstan yığması ilə münasibətlərinə aydınlıq gətirib. Son iki matçında qələbə qazanan millimiz qrup qalibinə də ilk məğlubiyyəti yaşatmağa nail olub. Qələbə millimizi qrup ikinciliyini qorumasına da şərait yaradıb. 

Bu gün qrupun digər oyununda Slovakiya yığması evdə Belarus millii ilə qarşılaşıb. Bu oyunda isə tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər – 1:1.

UEFA Millətlər Liqası
C liqası, 3-cü qrup
25 sentyabr

Azərbaycan – Qazaxıstan 3:0
Qol: A.Maroçkin, 67-öz qapısına. F.Ozobiç, 74. A.Nuriyev, 90+1.
Qırmızı vərəqə: N.Alip, 36.
Baş hakim: Harm Osmers (Almaniya).
Bakı. "Dalğa Arena".

Azərbaycan: 12. Şahruddin Məhəmmədəliyev, 3. Elvin Cəfərquliyev, 4. Bəhlul Mustafazadə, 6. Höccət Haqverdi, 8. Emin Mahmudov (k), 9. Renat Dadaşov, 11. Ramil Şeydayev, 14. Eddi İsrafilov, 15. Bədavi Hüseynov, 19. Filip Ozobiç, 21. Ozan Can Kökçü.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 23. Səlahət Ağayev, 2. Rüstəm Əhmədzadə, 5. Cəlal Hüseynov, 7. Anatoli Nuriyev, 10. Mahir Emreli, 13. Abbas Hüseynov, 16. Elvin Camalov, 17. Toral Bayramov, 18. Anton Krivotsyuk, 20. Musa Qurbanlı, 22. Aleksey İsayev.
Baş məşqçi: Canni De Byazi.
Qazaxıstan: 12. İqor Şatski, 3. Nuralı Alip, 5. İslambek Kuat (k), 6. Abılayxan Jumabek, 7. Aslan Darabayev, 10. Elxan Astanov, 13. Bağdat Kairov, 18. Timur Dosmaqambetov, 20. Ramazan Orazov, 21. Marat Bıstrov, 22. Aleksandr Maroçkin.
Ehtiyat oyunçular: 1. Bekxan Şaizada, 15. Muxammejan Seysen, 2. Sergey Malıy, 4. Temirlan Yerlanov, 8. Artur Şuşenaçev, 9. Roman Murtuzayev, 11. Yan Voroqovski, 14. Samat Jarinbetov, 16. Mixail Qabışev, 17. Abat Aimbetov, 19. Talqat Kussyapov, 23. Adilet Sadibekov.
Baş məşqçi: Məhəmməd Adıyev.

Xal: Qazaxıstan – 13. Azərbaycan – 10. Slovakiya – 7. Belarus – 3.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest