Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunun “Reyncers” (Şotlandiya) – “Napoli” (İtaliya) oyununun vaxtı dəyişdirilib. Matc.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
 
Görüş əvvəlcədən nəzərdə tutulduğu kimi sentyabrın 13-də yox, sentyabrın 14-də keçiriləcək. Böyük Britaniya kraliçası II Elizabetin vəfatı ilə bağlı yaranan təşkilati problemlərə görə belə qərar qəbul olunub.
 
Beləliklə, görüş sentyabrın 14-də yerli vaxtla saat 21:00-da (Bakı vaxtı ilə saat 00:00) başlayacaq.
 
“Napoli” azarkeşləri Şotlandiyanın Qlazqo şəhərindəki “İbroks” stadionuna buraxılmayacaq. “Reyncers” azarkeşləri də İtaliyada “Napoli” ilə cavab oyununda iştirak edə bilməyəcəklər. UEFA azarkeşləri bu vəziyyətə hörmət etməyə və başa düşməyə çağırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest