Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin ilk matçlarına yekun vurulub.

Bu gün futbol üzrə UEFA çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin ilk matçlarına yekun vurulub. Matc.az xəbər verir ki, ikinci oyun günündə daha 7 qarşılaşma baş tutub.
 
Matçlardan dördündə qapılara ümumiyyətlə qol vurulmayıb. Əvəzində Norveç çempionu "Bodo Qlimt" doğma meydanda "Klaksvik"ə 3 cavabsız qolla qalib gəlib. HJK və "Düdelanj" isə müvafiq olaraq RFS və "Tirana" ilə ev oyunlarında qələbəni tək qolla təmin ediblər.
 
Cavab görüşləri iyulun 12 və 13-də baş tutacaq.
 
UEFA çempionlar Liqası
1-ci təsnifat mərhələsinin ilk oyunları
6 iyul
 
Tobol (Qazaxıstan) – Ferentsvaroş (Macarıstan) 0:0

Bodo Qlimt (Norveç) – Klaksvik (Farer adaları) 3:0

HJK (Finlandiya) – RFS (Latviya) 1:0

Düdelanj (Lüksemburq) – Tirana (Albaniya) 1:0

Zrinski (Bosniya və Herseqovina) – Şerif (Moldova) 0:0

Maribor (Sloveniya) – Şaxtyor (Soliqorsk, Belarus) 0:0

Slovan (Bratislava, Slovakiya) – Dinamo (Batumi, Gürcüstan) 0:0

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest