İtaliyanın "Spetsiya" komandasının baş məşqçisi Tyaqo Motta istefa verib. Matc.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
Tərəflər arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi diqqətə çatdırılıb. Lakin ayrılığın səbəbləri açıqlanmayıb.
 
Xatırladaq ki, Motta 2021-ci ilin iyul ayından bu komandaya rəhbərlik edirdi. Həmin vaxt o, klubla 3 illik müqaviləyə imza atmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest