"Nafta" ilə görüşdə qol vurmağıma baxmayaraq, o qədər də yaxşı deyildim. Oyun günü səhər məşq etmişdik, asan deyil. Bu, hazırlıqdır, normaldır"

"Nafta"ya qarşı yaxşı oynadıq, amma özümdən daha çox şey gözləyirəm". Matc.az xəbər verir ki, bunu Zaqreb "Dinamo"sunun azərbaycanlı hücumçusu Mahir Emreli Sloveniya klubu "Nafta" ilə keçirilən yoxlama görüşü barədə Xorvatiya mətbuatına danışarkən deyib.
 
Komandasının 3:0 hesablı qələbəsinə 83-cü dəqiqədə vurduğu qolla töhfə verən millimizin forvardı fərqlənsə də, oyunundan razı qalmadığını etiraf edib: "Keçən il təlim-məşq toplanışı görmədim, üstəlik, koronavirusa yoluxmuşdum. Mənim üçün çətin idi, amma indi özümü yaxşı hiss edirəm. çünki əvvəldən komandanın bir parçası olmuşam, atmosferi hiss edirəm. "Nafta" ilə görüşdə qol vurmağıma baxmayaraq, o qədər də yaxşı deyildim. Oyun günü səhər məşq etmişdik, asan deyil. Bu, hazırlıqdır, normaldır. İnanıram ki, ilk rəsmi oyuna kimi formada olacağıq".
 
Qeyd edək ki, "Dinamo" son yoxlama görüşünü iyulun 1-də Slovakiyanın "Spartak" komandasına qarşı keçirəcək.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest