Futbol üzrə Avropa Liqasının final matçından sonra həftənin ən yaxşı oyunçusu müəyyənləşib. Matc.az xəbər verir ki, bu ada Almaniyanın "Ayntraxt" (Frankfurt) komandasının qapıçısı Kevin Trapp layiq görülüb.
 
32 yaşlı qolkiper Şotlandiya "Reyncers"inə qalib gəldikləri həlledici görüşdə 5 qurtarışla yadda qalıb.
 
"Ayntraxt" əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatan "Reyncers"lə final qarşılaşmasında penaltilər seriyasında qalib olub – 5:4. Məhz Kevin Trappın rəqib futbolçulardan birinin penaltisini dəf etməsi həlledici olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest