Bu gün futzal üzrə Azərbaycan kubokunun 1/4 final mərhələsinin oyunları keçirilib.

Bu gün futzal üzrə Azərbaycan kubokunun 1/4 final mərhələsinin oyunları keçirilib. Matc.az xəbər verir ki, gərginliyi ilə seçilən ilk matçda hesabı "Baku Fire" açsa da, sonda gülən tərəf "Neftçi" olub.
 
Digər oyunlarda isə EKOL, "Forza Neftçi" və "Alyans Qrup" qələbəyə sevinib.
 
Beləliklə, yarımfinalda "Neftçi" EKOL-la, "Forza Neftçi" isə "Alyans Qrup"la qarşılaşacaq. 
 
Azərbaycan kuboku
1/4 final
5 aprel
 
Bakı Fire - Neftçi İK 6:8
 
EKOL - Baker Tilly 5:1
 
Advokat - Forza Neftçi 0:6
 
Alyans Qrup - Bibi-Heybət 6:2

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest