"Formula 1" üzrə Rusiya qran-prisi ləğv olunub. Matc.az xəbər verir ki, bu barədə "Formula 1" şirkətinin yaydığı rəsmi açıqlamada bildirilir.
 
Beynəlxalq Avtomobil Federasiyası və komandalarla birgə müzakirələr nəticəsində hazırkı şəraitdə Rusiya Qran-prisinin keçirilməsinin qeyri-mümkünlüyü qənaətinə gəlinib.
 
Qeyd edək ki, Rusiya Qran-prisi 23-25 sentyabrda Soçidə təşkil olunmalı idi.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest