Pekin-2022 Qış Olimpiya Oyunlarında medal sayında və əyarında qalib məlum olub. Matc.az xəbər verir ki, Norveç yığması 37 medalla (16 qızıl, 8 gümüş, 13 bürünc) hər iki göstəricidə birinci olub.

Pekin-2022 Qış Olimpiya Oyunlarında medal sayında və əyarında qalib məlum olub. Matc.az xəbər verir ki, Norveç yığması 37 medalla (16 qızıl, 8 gümüş, 13 bürünc) hər iki göstəricidə birinci olub.
 
Olimpiadada 12 qızıl, 10 gümüş və 5 bürünc qazanan Almaniya yığması 2-ci yeri tutub. Rusiya Olimpiya Komitəsi (32) isə medalların sayına görə 2-ci olub. Yeri gəlmişkən, bu, Rusiya tarixində rekord göstəricidir.
 
Medal əyarında 3-cü yerdə 9 "qızıl", 4 "gümüş" və 2 "bürünc"lə ev sahibi çin qərarlaşıb.
 
Pekin olimpiadasının bağlanış mərasimi bu gün keçiriləcək. Mərasim Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest