Azərbaycanın qadın fiqurlu konkisürəni Yekaterina Ryabova Pekin-2022 Qış Olimpiya Oyunlarının final mərhələsində çıxışını başa vurub. Matc.az xəbər verir ki, 19 yaşlı idmançı sərbəst proqramda 118,15 xala layiq görülüb.
 
O, 25 idmançının qatıldığı yarışda hazırda 179,97 xalla 4-cü pillədə qərarlaşıb. Beləliklə, o, növbəti konkisürənlərin nəticələrindən asılı olmayaraq, ilk "üç"lüyə düşə bilməyib və medalsız qalıb.
 
Konkisürən fevralın 15-də qısa proqramda 61,82 xalla 16-cı olub və "25-liy"ə düşməyi bacardığı üçün sərbəst proqramda iştirak hüququ qazanıb. Turnirin qalibi hər iki proqram üzrə xalların cəminə görə müəyyənləşir.
 
Qeyd edək ki, Azərbaycanın kişi fiqurlu konkisürəni Vladimir Litvintsev Pekin-2022-də 18-ci yeri tutub. Qış Olimpiya Oyunlarına fevralın 20-də yekun vurulacaq.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest