Dünyanın 26 ölkəsindən 321 idmançının qatıldığı, Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Açıq Avropa turnirinə yekun vurulub. Matc.az xəbər verir ki, iki gün davam edən turnirdə ölkəmizi millimizin ehtiyat üzvləri olan 18 cüdoçu təmsil edib.
 
Yarışın birinci günündə 60 kq çəki dərəcəsində mübarizə aparan idmançılarımız Turan Bayramov və Samir Piriyev bütün rəqiblərini məğlub edərək finalda bir-birləri ilə görüşüblər. İki azərbaycanlı cüdoçunun yarışdığı finalda Turan Bayramov Samir Piriyevə qalib gəlib və beynəlxalq turnirlərdən bu ilin ilk qızıl medalını ölkəmizə gətirib.
 
Yarışdan öncə Avropa Cüdo Birliyinin (EJU) rəsmi saytında yayılan məqalədə Turan Bayramovun adı öz çəki dərəcəsində əsas favoritlərdən biri kmi qeyd edilmişdi: "Azərbaycandan qatılan, kişilər arasında -60 kq çəki dərəcəsində yarışan, gənclər arasında dünya çempionatının gümüş medalçısı Turan Bayramovun çıxışını izləmək çox maraqlı olacaq".
 
ümumilikdə, 1 qızıl və 1 gümüş medal qazanan Azərbaycan yığmasının üzvləri Açıq Avropa turnirini 7-ci yerdə başa vurublar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest