Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) baş katibi vəzifəsində dəyişiklik baş verib. Matc.az federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, baş katib Fərhad Məmmədov başqa işə keçməsi ilə əlaqədar postunu tərk edib.
 
Bu vəzifəyə İcraiyyə Komitəsi üzvləri arasında səsvermə nəticəsində yekdilliklə Elnarə Musayeva gətirilib.
 
AzVİF prezidenti Mədət Quliyevin sədrliyi ilə keçirilən İcraiyyə Komitəsinin növbədənkənar iclasında yeni idman direktoru, ukraynalı mütəxəssis Oleq Berezovskini təbbir iştirakçılarına təqdim edilib.
 
Toplantıda 2022-ci ildə görülməsi planlaşdırılan məsələlər müzakirə edilib, məşqçilərin tədris prosesinin təkmilləşdirilməsinə, idmançıların təlim-tərbiyəsinə, onların ictimaiyyət arasında davranış qaydalarına və təhsil müəssisələrində davamiyyətə riayət etmələrinə xüsusi diqqət yerilmələrinə və qeyd olunan məsələlərin plana salınmasına dair federasiya prezidentinin tapşırıq və tövsiyələri dinlənilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest