28 Dekabr 2021, 18:34
                
                
                
                                DİGƏR 
                                
                
               
              
				  
 
	Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti Mədət Quliyev idmançıların hazırlıq prosesindəki nöqsan və çatışmazlıqlardan danışıb.
	Matc.az federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, Mədət Quliyevin sədrliyi ilə keçirilmiş müşavirədə nöqsanların aradan qaldırılması məqsədilə aidiyyəti tapşırıqlar verilib.
	Tədbirdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Respublika Olimpiya Velosiped Məktəbi, Respublika Velotrekinin rəhbərliyi, həmçinin məşqçilər iştirak ediblər.
				
         	
                                             
               
 
             
 















