Azərbaycan Premyer Liqasında 28 turluq marafonun yarısı artıq yekunlaşıb. Matc.az xəbər verir ki, "Sumqayıt" FK ilk iki dövrənin oyunlarında 3 qələbə, 3 heç-heçə və 8 məğlubiyyətlə yadda qalıb.

Azərbaycan Premyer Liqasında 28 turluq marafonun yarısı artıq yekunlaşıb. Matc.az xəbər verir ki, "Sumqayıt" FK ilk iki dövrənin oyunlarında 3 qələbə, 3 heç-heçə və 8 məğlubiyyətlə yadda qalıb.
 
Geridə qalan 14 tur ərzində 23 futbolçunun xidmətindən istifadə olunub. Bu futbolçulardan Cəmaləddən Xocaniyazov (14 oyun, 1260 dəqiqə), Tellur Mütəllimov (14 oyun 1237 dəqiqə), Rəhim Sadıxov (14 oyun, 1166 dəqiqə) və Səbuhi Abdullazadə (14 oyun, 1046 dəqiqə) ilk iki dövrənin bütün qarşılaşmalarında iştirak ediblər. Onu da qeyd edək ki, Cəmaləddin Xocaniyazov qış fasiləsinədək keçirilən oyunlarda əvəzlənməyən yeganə futbolçudur. Vüqar Mustafayev (13 oyun, 1170 dəqiqə), Höccət Haqverdi (13 oyun, 1170 dəqiqə), Dmitri Nağıyev (13 oyun, 843 dəqiqə) və Rüfət Abdullazadə isə (13 oyun, 513 dəqiqə) bir oyun az keçiriblər.
 
Cəmaləddin Xocaniyazov – 14 oyun (1260 dəqiqə)
Tellur Mütəllimov – 14 (1237)
Rəhim Sadıxov – 14 (1166)
Səbuhi Abdullazadə - 14 (1046)
Vüqar Mustafayev – 13 (1170)
Höccət Haqverdi – 13 (1170)
Dmitri Nağıyev – 13 (843)
Rüfət Abdullazadə – 13 (513)
Əli Qurbani – 10 (843)
Aydın Bayramov – 9 (725)
Murad Xaçayev – 9 (597)
Səid Rza – 9 (462)
Xəzər Mahmudov – 9 (228)
Eltun Turabov – 7 (437)
Tərlan Əhmədli – 6 (535)
Vurğun Hüseynov – 5 (409)
Yusif Nəbiyev – 5 (403)
Elvin Bədəlov – 4 (290)
Elvin Məmmədov – 4 (79)
Süleyman Əhmədov – 3 (132)
Roman Hüseynov – 3 (19)
Nəbi Məmmədov – 2 (65)
Emil Əliyev – 1 (78)
 
Vurulan qollar: Rəhim Sadıxov (3), Tellur Mütəllimov, Murad Xaçayev, Əli Qurbani, Səid Rza, Höccət Haqverdi, Cəmaləddin Xocaniyazov.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest