2021-ci il ölkəmizin tarixində acılı-şirinli xatirələrlə yadda qalacaq. Bəşəriyyətə meydan oxuyan koronavirus (Covid-19) pandemiyası həyatımızın bütün sahələrində olduğu kimi, idmanda da ağlasığmaz məhdudiyyətlərə səbəb olub. Bununla belə, ara-sıra milli və beynəlxalq yarışlar keçirilib, onlayn görüşlər, konfranslar təşkil edilib. Mediamız ölkə, qitə və dünya miqyasındakı bu olaylara seyrçi qalmayıb, idman həvəskarlarını intizarda saxlamayıb, ölkə və dünya Olimpiya hərəkatı və idmanının pandemiya dövründə vəziyyəti, baş verən mühüm hadisələr barədə maraqlı çıxışlara geniş yer verib. Elə müstəqil idman yazarlarımız da var ki, onlar saytlar, sosial media üzərindən daha çox faydalı informasiyalar paylaşaraq bu sahədə boşluğu doldurmağa çalışırlar.
 
Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AİPS) və İdman Mətbuatı üzrə Avropa İttifaqının (AİPS EUROPE-UEPS) üzvü və Azərbaycanda rəsmi təmsilçisi Azərbaycan İdman Jurnalistləri Assosiasiyası ənənəvi qalib nominasiyalarını təqdim edib.
 
2021-Cİ İLİN İDMAN LAUREATLARI
 
İLİN İDMAN ADAMI
 
Fərid Qayıbov
 
İLİN İDMAN XADİMİ
 
İlqar Rəhimov
 
İLİN FUTBOL XADİMİ
 
Emrah çelikel ("Qarabağ")
 
İLİN İDMANçISI
 
(kişilər)
 
1. Rafiq Hüseynov, güləş
2. Rafael Ağayev, karate
3. Hacı Əliyev, güləş
 
(qadınlar)
 
1. İrina Zaretska, karate
2. İrina Kindzerska, cüdo
3. Zöhrə Ağamirova, bədii gimnast
 
İLİN KLUBU
 
"Qarabağ" FK
 
İLİN MƏŞQçİSİ
 
Qurban Qurbanov ("Qarabağ")
 
İLİN FUTBOLçUSU
 
Emin Mahmudov ("Neftçi")
 
İLİN LEGİONERİ
 
Mahir Emreli ("Legiya")
 
İLİN İDMAN JURNALİSTİ
 
Televiziya kanalları üzrə  - Sənan Abdullayev (Xəzər TV)
Radio üzrə  - Rüfət Nadirli  ("Fərqli radio")
Qəzetlər üzrə  - Rəşad Qasımov ("Futbol+")
Saytlar üzrə - Həbib Aslanov (Sportinfo.az)
Xarici dilli media üzrə   - Elmir Əliyev (Haqqın.az)
Sosial şəbəkələr  -  Rəşad Ergün
 
İLİN GƏNC İDMAN REPORTYORU
 
Fuad Eldarov (İdman TV)
 
İLİN TELEVİZİYA APARICISI
 
Fəridə Abdulla (İTV)
 
İLİN İDMAN ŞƏRHçİSİ
 
Elnur Məmmədli (CBC Sport)
Tural Dadaşov (İTV)
 
İLİN FOTOJURNALİSTİ
 
Rasim Hüseynov
 
İLİN İNFORMASİYA AGENTLİYİ
 
Azərbaycan Teleqraf Agentliyi - AzərTAC
 
İLİN TELEVİZİYA KANALI
 
İctimai Televiziya – İTV
 
İLİN RADİOSU
 
Fərqli radio
 
İLİN QƏZETİ  
 
İdman qəzetləri üzrə – "Futbol+"
İctimai-siyasi qəzetlər üzrə – "525-ci qəzet"
 
İLİN İNTERNET SAYTI
 
İdman saytları üzrə – Qol.az
İctimai-siyasi saytlar üzrə – Oxu.az
 
İLİN MƏTBUAT KATİBİ
 
Qurumlar üzrə – Vamiq Nəsirov (AMADA)
Federasiyalar üzrə – Mahal Məmmədov (AFF)
Futbol klubları üzrə – Elnur Həmidov ("Sabah")

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest