14 Dekabr 2021, 09:58
                
                
                
                                DİGƏR 
                                
                
               
              
				  
 
	Azərbaycan millisinin triatlonçusu Kseniya Levkovska karyerasını başa vurub. Matc.az xəbər verir ki, 32 yaşlı idmançı bu barədə federasiyaya açıqlamasında bildirib.
	Levkovska idman karyerasının böyük mərhələsinin baş çatdığını söyləyib: "8 il Azərbaycanı dünya arenasında təmsil etdim və 100-dən çox yarışa qatıldım. çox gözəl vaxt idi. Bu ölkəyə, insanlara göstərdikləri etimad və dəstəyə görə sonsuz minnətdaram. Azərbaycan Triatlon Federasiyasına təşəkkür edirəm. Bu, əvəzolunmaq təcrübə idi".
				
         	
                                             
               
 
             
 















