Türkiyənin "Qalatasaray" klubunun sabiq prezidenti Mustafa Cengiz vəfat edib. Matc.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
 
Klub tarixinin 37-ci prezidenti olan Mustafa Cengiz ağır xəstəlikdən əziyyət çəkirdi. O, hələ prezidentliyi dönəmində buna görə bir neçə dəfə əməliyyat keçirmişdi. Mustafa Cengiz bu yay baş tutan yeni prezident seçkilərində də yenidən namizəd olmuş, lakin səhhətindəki problemlərə görə sonradan namizədliyini geri götürmüşdü. 71 yaşında dünyasını dəyişən Cengiz 2018-ci ilin yanvarından "Qalatasaray"a rəhbərlik edirdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest