Sabah futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində ilk oyununa çıxıacaq "Araz" (Naxçıvan) "Uraqan"la qarşılaşacaq

Sabah futzal üzrə UEFA çempionlar Liqasının əsas mərhələsi çərçivəsində ilk oyununa çıxıacaq "Araz" (Naxçıvan) "Uraqan"la qarşılaşacaq. Matc.az xəbər verir ki, təmsilçimiz Ukrayna çempionu ilə matçın son hazırlığını yekunlaşdırıb.
 
Baş məşqçi Jize Alesio Da Silva komandanın vəziyyəti, eləcə də rəqib haqda federasiyanın rəsmi saytına açıqlama verib:
 
"Mənzil başına bu gün çatsaq da, yorğunluğa rəğmən məşqimiz yaxşı keçdi. Komandadakı atmosfer məni qane etdi. Ramiz çovdarov zədəli olduğuna görə bir müddət məşq etməmişdi. Onun hələ tam hazır olmadığını, fiziki hazırlığında müəyyən çatışmazlığın olduğunu deyə bilərəm. Xətai Bağırov da ilkin mərhələnin son matçında qırmızı vərəqə aldığına görə, "Uraqan"la oyunda iştirak etməyəcək. Bunlara rəğmən, komandada hər şey normaldı.
 
Əlbəttə, sabahkı oyun çox əhəmiyyətlidir. çətin olacaq. Bu gün axşam da videoya baxacağıq. Müəyyən tapşırıqlar verəcəm oyunçularıma.
 
"Uraqan"ın bir neçə oyununa baxmışam. Sıradan rəqib deyil. Əksinə, güclü komandadır. Kollektiv şəkildə əla çıxış edirlər, fərdi bacarıqlarına görə seçilən oyunçuları var. Bir neçə müddətdir bir yerdə çıxış edirlər ki, bu da onların üstünlükləridir. Dörd oyunçusu ölkəsinin milli komandasının üzvüdür. Bir sözlə, komanda şəklində çox güclüdürlər. Həm də nəzərə almaq lazımdır ki, istənilən turnirin, çempionatın ilk oyunu çox çətin keçir. Hətta belə qarşılaşmaları "kilid matç" da adlandırırlar. "Uraqan" bu mübarizəyə doğma meydanda başlayacaq, azarkeşlərin dəstəyini hiss edəcək.
 
İlk məşqdən sonra örtüyün sürüşkən olduğunu deyə bilərəm. Məncə, sabah oyun zamanı bunu hiss etməyəcəyik. çünki ilk dəfə idi bu zalda məşq edirdik".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest