Millimiz AVRO-2019-da ayın 23-də Xorvatiya ilə duellə başlayacaq. Komandamız ayın 25-də Hollandiya, ertəsi meydan sahibləri ilə görüşəcək. Son iki görüşdə isə yığmamızın işi nisbətən asan olacaq. Avqustun 28-də Estoniyanı sınağa çəkəcək komandamız ertəsi gün Rumıniya ilə üz-üzə gələcək.

Qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsinin təqvimi açıqlanıb. Matç.az xəbər verir ki, bu gün keçirilən püşkatmadan az sonra qrup mərhələsinin qarşılaşmalarının vaxtı bəlli olub.

C qrupunda mübarizə aparan Azərbaycan milli komandasının keçirəcəyi görüşlərin də günləri bilinib. Macarıstanın paytaxtı Budapeştdə keçirilən qrupun görüşləri avqustun 23-29-da baş tutacaq.

Millimiz AVRO-2019-da ayın 23-də Xorvatiya ilə duellə başlayacaq. Komandamız ayın 25-də Hollandiya, ertəsi meydan sahibləri ilə görüşəcək.

Son iki görüşdə isə yığmamızın işi nisbətən asan olacaq. Avqustun 28-də Estoniyanı sınağa çəkəcək komandamız ertəsi gün Rumıniya ilə üz-üzə gələcək.

Avropa çempionatı

Final mərhələsi

C qrupu

23 avqust

Xorvatiya – Azərbaycan

Macarıstan – Estoniya

Hollandiya - Rumıniya

24 avqust

Estoniya – Xorvatiya

Rumıniya – Macarıstan

25 avqust

Azərbaycan - Hollandiya

Estoniya - Rumıniya

26 avqust

Macarıstan – Azərbaycan

Hollandiya - Xorvatiya

27 avqust

Rumıniya – Xorvatiya

Hollandiya – Estoniya

28 avqust

Azərbaycan – Estoniya

Xorvatiya – Macarıstan

29 avqust

Macarıstan – Hollandiya

Rumıniya – Azərbaycan

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest