İtaliyanın "Verona" komandasının yeni baş məşqçisi müəyyənləşib. Matc.az xəbər verir ki, A Seriyası təmsilçisini bundan sonra İqor Tudor çalışdıracaq.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Xorvatiyadan olan 43 yaşlı mütəxəssislə müddəti bu mövsümün sonuna kimi olan müqavilə imzalanıb.
 
Tudor son olaraq "Yuventus"da Andrea Pirlonun köməkçisi vəzifəsində çalışıb. O, "Verona"da bu gün istefaya göndərilən Eusebio Di Françeskonu əvəzləyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest