Bu həftə futbol üzrə Azərbaycan Premyer Liqasının 2-ci turu çərçivəsində "Zirə" öz meydanında "Neftçi" ilə üz-üzə gələcək. Matc.az xəbər verir ki, bu, iki komanda arasında Premyer Liqa çərçivəsində 23-cü qarşılaşma olacaq.
 
Əvvəlki görüşlərdə üstünlük zirəlilərin tərəfindədir. Belə ki, 22 oyunda 11 qələbə qazanan "Zirə" 6 dəfə bir xalla kifayətlənib və yalnız 5 dəfə uduzub. Top fərqi də "qartallar"ın xeyrinədir – 23:22.
 
Bu üstünlük "Neftçi" ilə ev matçlarında da öz əksini tapıb. öz meydanındakı 11 görüşdə 8 qələbəsi olan "qartallar" 1 heç-heçə edib və 2 dəfə uduzub. Top fərqində dəə "Zirə" öndədir – 12:5.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest