"Neftçi" - "Qəbələ" oyununda "Neftçi" klubunun 80 nömrəli futbolçusu İsmayıl Zülfüqarlı sifariş vərəqəsində qeyd olunandan fərqli nömrəli formada meydana çıxdığı üçün klub 800 manat cərimə olunub.

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Matc.az xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının 1-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
 
"Sabah" – "Səbail" oyununda "Sabah"ın 20 nömrəli futbolçusu Coy-Lens Mikels qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub.
 
"Neftçi" - "Qəbələ" oyununda "Neftçi" klubunun 80 nömrəli futbolçusu İsmayıl Zülfüqarlı sifariş vərəqəsində qeyd olunandan fərqli nömrəli formada meydana çıxdığı üçün klub 800 manat cərimə olunub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest