"Neftçi"nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 1-ci turu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 2:2 hesabıyla başa çatan matçdan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:
 
"çempionatın açılış oyunu idi. Bundan artığını gözləmirdik. Futbolçuların bu oyunda zədələnməsini istəmirdim. 4 gün sonra vacib matça çıxacağıq. Uşaqlar əllərindən gələni etdilər. Bəzilərinə həddindən artıq yük düşür. Amma bunun qarşısını ala bilmirik. Yaranmış vəziyyətlə bağlı nikbinliyimizi də itirmişik. Konfrans Liqasında İsrailin "Makkabi" klubuna qarşı yaxşı oynamaq niyyətindəyik. Oyunçular sağ olsun, bu gün əllərindən gələni etdilər. "Makkabi" ilə oyunun necə olacağını heç kim bilmir. Meydandakı bəzi səhvləri yorğunluqla da əlaqələndirmək olar. Hazırlığımız da o səviyyədə deyil. "Makkabi" HJK və "Qəbələ" deyil. Heç kim bu ifadədən inciməsin. Bu səhvlər olmamalıdır. Futbolda belə hallar baş verir. çalışacağıq ki, növbəti qarşılaşmalarda bunlar yaşanmasın. Eyni oyunçularla müdafiə olunanda səhvlər də qaçılmazdır".
 
Harramiz Suares uğursuz transfer salıya bilər. Amma bunu zaman göstərəcək. Harramiz də bizə gec qoşulub və ona müxtəlif tapşırıqlar verilib. Futbolçu üçün də çətindir. Düz başa düşün, onu "Barselona"dan gətirməmişik. ümid edirəm ki, uyğunlaşma prosesini tez keçəcək. Bizim sistem elədir ki, Harramizdən hücumda daha effektli olmasını istəyirik. Karyerası ərzində ən çox cinahlarda çıxış edib. İnanıram ki, hansısa oyunlarda bizə daha çox kömək edəcək.
 
Bu gün Emin Mahmudov yorğun vəziyyətdə oynadı. Sabir Buqrində hərarət var idi. Vəziyyəti çox pis oldu. Səbəblər məlumdur. Məndən yaxşı bilirsiniz. üzüldüyümüz məqam odur ki, HJK ilə oyundan sonra bəzi oyunçularımızın üstünə düşdülər. Bunlar hazırkı dönəmdə haqsızlıq idi. Hər şeyə vicdanla qiymət verənlər başa düşür ki, biz əlimizdən gələni etməyə çalışırıq".
 
Samir Abasov Türkiyənin "Bursaspor" klubu ilə müqavilə imzalayan Namik Ələskərovun komandadan gedişi haqqında da danışıb: "Əsas heyətdə yer alan futbolçunun bu durumda getməyi bizə böyük zərbə oldu. "Neftçi" klubu heç kimi itirmir. Bu Namik Ələskərov və Samir Abasov ola bilər. Buradan gedənlər "Neftçi"ni itirdi deyə dərd etməlidir. Gedənlər fikirləşməlidir ki, bu cür komandanı itirdim. Bu gediş aylarla davam edən proses idi. Oyunçu qərar verdi və getdi. HJK ilə səfər oyunundan əvvəl yaxınlaşdı və dedi ki, getmək istəyirəm. Biz də dedik ki, qərar vermisənsə, çıx get".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest