"Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 1-ci turu çərçivəsində "Keşlə"yə qarşı keçirdikləri oyunu şərh edib.

"Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 1-ci turu çərçivəsində "Keşlə"yə qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 2:0 hesabıyla qalib gəldikləri matçdan sonra bunları söyləyib:
 
"Yeni mövsümün startı münasibətilə hər kəsi təbrik edirəm. Futbol üçün darıxmışdıq. Azarkeşlərə icazə verildiyi üçün təşəkkür edirəm. Futbolun bəzəyi fanatlardır.
 
Hər iki komandanın qol epizodları oldu. çempionatın əvvəlidir, gərginlik də var idi. İki tur belə ağır keçəcək. Futbolçulara da demişəm, artırmalıyıq, fərqli olmalıyıq. Mövsümün ilk matçında, səfərdə qələbə qazanmaq çox önəmli idi. Yolumuza davam edirik".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest