"Səbail"in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının ilk turu çərçivəsində "Sabah"a qarşı keçirdikləri oyunu şərh edib.

"Səbail"in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının ilk turu çərçivəsində "Sabah"a qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 1:0 hesabıyla qələbə qazandıqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
- İlk oyunlar hər zaman həyəcanlı keçir. Maraqlı oyun alındı. "Sabah"la səfər matçının ağır olacağını bilirdik. Heyətimizə yeni oyunçular cəlb etdik. Hələ komplektləşməmişik. Futbolçularımı təbrik edirəm, verdiyim tapşırıqları düzgün yerinə yetirməyə çalışdılar. Bu oyunu unudub, növbəti matça köklənməliyik.
 
- Qələbəyə görə mükafat olacaq?
- Rəhbərlik bu qələbəmizin dəyərləndiriləcəyinə söz verib. Böyük məbləğ olmasa da, bu qələbə dəyərləndiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest