Futbol üzrə Azərbaycan Premyer Liqasında 2021/22 mövsümünün oyunları azarkeşlərin iştirakı ilə keçiriləcək

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2021/22 mövsümünün oyunları azarkeşlərin iştirakı ilə keçiriləcək. Matc.az xəbər verir ki, tribunalara arenanın ümumi tutumunun 50 faizi qədər tərəfdar buraxılacaq.
 
AFFA-nın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla "Report"a açıqlamasında məlumatı təsdiqləyib: "Klublarımızın avrokuboklar çərçivəsində keçirdiyi ev oyunlarında olduğu kimi, Premyer Liqa qarşılaşmalarında da müvafiq stadionların ümumi azarkeş tutumunun 50 faizi qədər tamaşaçı COVID-19 pandemiyası ilə əlaqədar qaydalara riayət olunması şərtilə matçları tribunadan izləyə bilər".
 
Qeyd edək ki, Azərbaycan çempionatında yeni mövsümə bu gün start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest