ABŞ atleti Simon Baylzı daha iki növ üzrə fərdi yarışlarda izləmək imkanımız olmayacaq. Matc.az xəbər verir ki, Baylz müxtəlif hündürlüklü qollar və dayaqlı tullanma üzrə final yarışlarında iştirak etməmək qərarına gəlib. 
 
24 yaşlı gimnast daha öncə mental problemləri səbəb göstərərək çoxnövçülük üzrə fərdi yarışlara  qatılmaqdan imtina etmişdi. Baylzın gimnastika tiri və xalça üzərində hərəkətlərdə yarışıb-yarışmayacağı hələlik bəlli deyil.
 
Qeyd edək ki, amerikalı idmançı Rio-2016-da çoxnövçülükdə (komanda və fərdi), dayaqlı tullanmada və xalça üzərində hərəkətlərdə qızıl medal qazanmışdı.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest