Tokio Yay Olimpiya Oyunlarında stolüstü tennisdə kişilərin mübarizəsinə yekun vurulub. Matc.az xəbər verir ki, finalda Çin idmançıları - Ma Lun və Fan Çjendun qarşılaşıblar.
 
Görüş stolüstü tennisin əfsanələrindən olan Ma Lunun 4:2 (11:4, 10:12, 11:8, 11:9, 3:11, 11:7) hesablı qələbəsi ilə yekunlaşıb. 32 yaşlı idmançı Tokio-2020-də ilk, ümumilikdə isə Olimpiadalarda 4-cü qızıl medalını qazanıb. Bürünc medala oyunun gedişində geridönüş edərək Lin Yunjunu (Çin Taypeyi) 4:3 üstələyən (13:11, 9:11, 6:11, 11:4, 4:11, 15:13, 11:7) Dmitri Ovçarov (Almaniya) sahib çıxıb.
 
Qeyd edək ki, Ma Lun London-2012-də komanda, Rio-2016-da isə həm komanda, həm də fərdlərin yarışında qalib olmuşdu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest