Tokio-2020-də 7-ci gün geridə qalmaq üzrədi. Artıq günün bütün medal dəstləri sahiblərini tapıb. Matc.az xəbər verir ki, medal sıralamasının ən üst sıralarında ciddi dəyişiklik baş verməyib. 
 
Aktivində 19 qızıl, 10 gümüş və 11 bürünc medal olan çin liderliyini davam etdirir. Yaponiya (17 qızıl, 4 gümüş, 7 bürünc) ikinci, ABŞ (14 qızıl, 16 gümüş, 11 bürünc) isə üçüncü sıradakı yerini qoruyub.
 
Olimpiadanın 7-ci günündə qadın cüdoçumuz İrina Kindzerska (+78 kq) bürünc medal qazandı. Bu sayədə Azərbaycan medal sıralamasında 63-cü sıraya kimi irəliləyib.
 
1. çin - 19 qızıl, 10 gümüş, 11 bürünc (40)
 
2. Yaponiya - 17 qızıl, 4 gümüş, 7 bürünc (28)
 
3. ABŞ - 14 qızıl, 16 gümüş, 11 bürünc (41)
 
4. ROK (Rusiya Olimpiya Komitəsi) - 10 qızıl, 14 gümüş, 10 bürünc (34)
 
5. Avstraliya - 9 qızıl, 2 gümüş, 11 bürünc (22)
 
6. Böyük Britaniya - 6 qızıl, 9 gümüş, 9 bürünc (24)
 
7. Cənubi Koreya - 5 qızıl, 4 gümüş, 6 bürünc (15)
 
8. Niderland - 3 qızıl, 7 gümüş, 5 bürünc (15) 
 
9. Fransa - 3 qızıl, 5 gümüş, 5 bürünc (13)
 
10. Almaniya - 3 qızıl, 4 gümüş, 9 bürünc (16)
 
---
 
63. Azərbaycan - 1 bürünc (1)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest