Yay Olimpiya Oyunlarının "bəzəy"i olan yüngül atletika yarışlarına start verilib. Matc.az xəbər verir ki, ilk gündə bir dəst medal sahibini tapıb.

Kişilərin 10 km məsafəyə qaçışında medalçılar müəyyənləşib. Efiopiyanı təmsil edən Selemon Bareqa məsafəni 27 dəqiqə 43.22 saniyəyə tamamlayaraq Tokio-2020-nin qalibi olub. Dünya çempionu və 10 km-də dünya rekordunun sahibi Coşua Çepteqei (Uqanda) gümüş medal qazanıb. Onun həmyerlisi Ceykob Kiplimo isə bürünc medalla kifayətlənib.
 
Yüngül atletika
 
Kişilər, 10 km qaçış
 
1. Selemon Bareqa (Efiopiya) - 27:43.22
2. Coşua Çepteqei (Uqanda) - 27:43.63
3. Ceykob Kiplimo (Uqanda) - 27:43.88
 
Qeyd edək ki, sonuncu dəfə 2008-ci ildə Efiopiya 10 km məsafəyə qaçışda zəfər qazanmışdı. O zaman Kenenisa Bekele Pekin Olimpiadasının qalibi olmuşdu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest