Qeyd edək ki, Hacıyevin Premyer Liqada debütü 2018-ci il avqustun 12-nə təsadüf edib. Həmin gün "Səbail" "Qəbələ" ilə səfər matçında 0:3 hesabı ilə məğlub olub.

"Səbail"in baş məşqçisi Aftandil Hacıyev Premyer Liqada yubiley oyununu keçirib.
 
Matc.az xəbər verir ki, yalnız bir kluba rəhbərlik edən mütəxəssis paytaxt təmsilçisini 75-ci matça çıxarıb.
 
Onun yubileyi 27-ci turun "Zirə" ilə səfər matçına təsadüf edib. Hacıyevin komandası rəqib meydanında 0:2 hesabı ilə məğlub olub.
 
Premyer Liqada 2018/19 mövsümündə debüt edən çalışdırıcı üç çempionatda "Səbail"i 75 qarşılaşmaya çıxarıb. Bu oyunlarda 22 qələbə sevinci yaşayan Hacıyev 19 heç-heçəyə şahid olub. Onun yetirmələri 34 dəfə uduzub. Mütəxəssisin rəhbərliyi altında 65 qol vuran komanda 108 top buraxıb.
 
Qeyd edək ki, Hacıyevin Premyer Liqada debütü 2018-ci il avqustun 12-nə təsadüf edib. Həmin gün "Səbail" "Qəbələ" ilə səfər matçında 0:3 hesabı ilə məğlub olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest