"Neftçi" və "Qarabağ" komandaları arasında keçiriləcək və çempionluğun taleyinə aydınlıq gətirəcək qarşılaşma Bakının Mərdəkan qəsəbəsindəki "Dalğa Arena"da baş tutacaq. Bu oyuna saat 20:30-da start veriləcək.

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2020/21 mövsümünün sonuncu - 28-ci turunun oyun cədvəli açıqlanıb.
 
Matc.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, həlledici turun görüşlərinin hamısı mayın 19-da keçiriləcək.
 
"Neftçi" və "Qarabağ" komandaları arasında keçiriləcək və çempionluğun taleyinə aydınlıq gətirəcək qarşılaşma Bakının Mərdəkan qəsəbəsindəki "Dalğa Arena"da baş tutacaq. Bu oyuna saat 20:30-da start veriləcək.
 
Turun digər üç oyunu isə eyni saatda - 18:00-da başlayacaq. İki görüş "CBC Sport" telekanalı vasitəsilə, digər iki qarşılaşma isə PFL-in rəsmi saytında canlı yayımlanacaq.
 
Azərbaycan Premyer Liqası
28-ci tur
19 may (çərşənbə)
 
"Səbail" – "Sumqayıt"
Bakı. "ASCO Arena", 18:00 (canlı/Pfl.az).
 
"Sabah" – "Zirə"
Masazır. "Bank Respublika Arena", 18:00 (canlı/"CBC/Sport").
 
"Keşlə" – "Qəbələ"
Bakı. "ASK Arena", 18:00 (canlı/Pfl.az).
 
"Neftçi" – "Qarabağ"
Bakı. "Dalğa Arena", 20:30 (canlı/"CBC/Sport").

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest