Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 20-cu tura start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Əvvəlcə son çempion "Qarabağ" "Sabah"ı qəbul edib. Ağdam klubu bu oyundan inamlı qələbə ilə ayrılıb.

Günün digər matçı isə "Sumqayıt"la "Keşlə" arasında olub. Dörd qolun qeydə alındığı matçda qalib müəyyənləşməyib.

Qeyd edək ki, tura saba keçiriləcək iki oyunla yekun vurulacaq. "Qəbələ" "Zirə"ni, "Neftçi" "Səbail"i qəbul edəcək.

Azərbaycan Premyer Liqası
20-ci tur

13 mart

Qarabağ – Sabah 2:0
Qol: F.Ozobiç, 42. M.Emreli, 73.
Matçın 15-ci dəqiqəsində F.Ozobiç penaltidən dəqiq yararlana bilməyib (qapıçı).
Hakimlər: Orxan Məmmədov, Akif Əmirəli, Zeynal Zeynalov, Əliyar Ağayev.
Bakı. "Azersun Arena", 17:00.

Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev (k), 2. Qara Qarayev, 55. Bədavi Hüseynov, 11. Mahir Emreli, 30. Abbas Hüseynov, 10. Abdullah Zubir, 19. Filip Ozobiç, 9. Xayme Romero, 6. Patrik Andrade, 44. Elvin Cəfərquliyev.
Ehtiyat oyunçular: 12. Emil Balayev, 7. Kvabena Ovusu, 8. Uroş Matiç, 81. Kevin Medina, 18. İsmayıl İbrahimli, 27. Toral Bayramov, 66. Cavid Bayramov, 21. Rauf Hüseynli, 99. Hüseyn Hüseynzadə.
Baş məşqçi: Qurban Qurbanov.

Sabah: 1. Saşa Stamenkoviç, 19. Təmkin Xəlilzadə, 4. Bəhlul Mustafazadə (k), 10. Aleksey İsayev, 34. Bəxtiyar Həsənalızadə, 28. Kevin Kubemba, 30. Mario Marina, 9. Xulio Sezar Rodriqes, 3. Zurab Oçiqava, 2. Amin Seydiyev, 77. Veysəl Rzayev.
Ehtiyat oyunçular: 12. Alvaro Villete, 94. Nicat Mehbalıyev, 7. Coşqun Diniyev, 15. Ruslan Abışov, 17. Məhəmməd Mirzəbəyov, 90. Ramil Şeydayev, 14. Slavik Alxasov, 13. Filip İvanoviç, 48. Dmitro Klots, 26. Fofana Tiemoko, 6. Şakir Seyidov.
Baş məşqçi: Ramin Quliyev.

Sumqayıt – Keşlə 2:2
Qol: C.Xocaniyazov, 48. R.Sadıxov, 79 - A.Salahlı, 3; 73.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Müslüm Əliyev, Rəşad Əhmədov.
Sumqayıt şəhər stadionu, 19:15.

Sumqayıt: 1. Mehdi Cənnətov, 3. Vurğun Hüseynov (k), 97. Xəyal Nəcəfov, 10. Rəhim Sadıxov, 60. Elvin Məmmədov, 33. Eltun Turabov, 21. Cabir Əmirli, 5. Camaləddin Xocaniyazov, 9. Əli Qurbani, 4. Höccət Haqverdi, 18. Süleyman Əhmədov.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 71. Hüseynəli Quliyev, 7. Tellur Mütəllimov, 22. Cavid İmamverdiyev, 78. Dmitro Nağıyev, 11. Mehdi Şərifi, 30. Nəbi Məmmədov, 20. Rüfət Abdullazadə, 8. Səbuhi Abdullazadə, 65. Sənan Ağayev, 37. Nicat Əliyev.
Baş məşqçi: Ayxan Abbasov.

Keşlə: 85. Kamal Bayramov, 3. Tərlan Quliyev (k), 19. Azər Salahlı, 17. Vüsal İsgəndərli, 7. Rəhman Hacıyev, 8. Tural Axundov, 4. Şəhriyar Əliyev, 5. Con Kamara, 10. Sezar Meza Kolli, 11. Silvio Rodriqes, 99. Rafael Məhərrəmli.
Ehtiyat oyunçular: 1. Stanislav Namaşko, 18. Ruslan Əmircanov, 20. Rail Məlikov, 23. Nicat Qurbanov, 32. Elvin Yunuszadə, 21. Miyusko Boyoviç, 91. Sadio Tonkara, 9. Anatole Abanq, 29. Yevgeni Koçuk, 14. Turan Vəlizadə, 79. Bahadur Həziyev.
Baş məşqçi: Sənan Qurbanov.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest