"Rəqib ilk matçda yaxşı oynadı, amma biz bacarmadıq. Onlar dörd, biz bir qol vurduq. Ancaq ikinci görüşdə komandanın əziyyəti qeyd olunmalıdır. Risk etdik, təzyiq göstərdik, üstünlük təşkil etdik və kifayət qədər şans yaratdıq"

"PSJ-yə qarşı  oyundan sonra yaxşı hisslər keçiririk. Bəli, mübarizədən kənarlaşdırıldıq və buna görə üzüldük. Ancaq "Barselona" cavab matçında PSJ-yə çətin anlar yaratdı. İlk hissədə rəqibdən üstün idik. Daha çoxuna layiq idik. Hesab ən azı 2:1 bizim xeyirimizə olmalı idi. O zaman ikinci hissə fərqli olardı". Matc.az xəbər verir ki, bu sözləri "Barselona"nın baş məşqçisi Ronald Kuman çempionlar Liqasının 1/8 finalında PSJ ilə heç-heçə etdikləri cavab oyunundan (1:1) sonra deyib.
 
"Rəqib ilk matçda yaxşı oynadı, amma biz bacarmadıq. Onlar dörd, biz bir qol vurduq. Ancaq ikinci görüşdə komandanın əziyyəti qeyd olunmalıdır. Risk etdik, təzyiq göstərdik, üstünlük təşkil etdik və kifayət qədər şans yaratdıq. Bu oyunda öz səviyyəmizi göstərdik və belə də davam etməliyik" - deyə o bildirib.
 
Kumanın sözlərinə görə, komandasını uğurlu olmadığına görə tənqid etmək səhv olardı: "Bəzən bəxtimiz gətirmirdi və PSJ-nin qapıçısı Keylor Navas meydanda ən yaxşı idi. Şansımız var idi, ancaq bundan istifadə edə bilmədik".
 
Niderlandlı mütəxəssis "Barselona" fərqli bir yol tutduğunu vurğulayıb: "çox təəssüf ki, Messi və Ronaldo 1/4 finala çıxa bilmədi. Ancaq Lionelin özü gələcəyi ilə bağlı vəziyyətə qərar verməlidir, buna heç kim kömək etməyəcək. Artıq indi komandanın düzgün istiqamətdə getdiyini görürük. Etdiyimiz dəyişiklikləri və inkişaf edən gənc futbolçu sayını nəzərə alsaq, heç kim bu komandanın gələcəyinə şübhə edə bilməz. Prezidentimiz də daxil olmaqla hamı bizimlə fəxr edə bilər".
 
Qeyd edək ki, ilk oyunda PSJ-yə 1:4 hesabı ilə uduzan "Barselona" turnirlə vidalaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest