"Qarabağ"ın yarımmüdafiəçisi Patrik Andrade Azərbaycan Premyer Liqasının 19-cu turu çərçivəsində "Zirə"yə qarşı keçirdikləri oyunu şərh edib.
 
Matc.az xəbər verir ki, 28 yaşlı futbolçu 2:0 hesabıyla qalib gəldikləri matçdan sonra Ağdam klubunun mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:
 
"Matça yaxşı köklənmişdik. çətin oyun olacağını bilirdik. Həftə ərzində özümüzü motivasiya etmişdik. Qələbə qazandığımız üçün çox sevinirəm. Aktivimizə növbəti 3 xalı yazdırdıq. Yaxşı oynadığımızı düşünürəm. Vurduğum qol komandamızın rahatlaşması və inamlı qələbə üçün müsbət oldu. Qələbəyə qolla töhfə verdiyim üçün sevinirəm. "Zirə" ilə oyun keçmişdə qaldı, indi "Sabah"la matçı düşünürük".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest