“Liverpul”un zədəli futbolçusu Cordan Hendersonun sağalma müddəti uzana bilər.
 
Matc.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçinin son durumunun yaxın günlərdə açıqlanacağı bildirilir.
 
Onun ən yaxşı halda 4-6 həftəyə məşqlərə başlaması gözlənilir.
 
Hendersonun bərpa müddəti uzansa, yarımmüdafiəçi İngiltərə yığmasının AÇ-2020-dəki oyunlarını buraxa bilər.
 
AÇ-2020 ötən ilin yayında keçirilməli olsa da, pandemiya səbəbiylə təxirə salınıb. Turnirin bu ilin 11 iyun-11 iyul aralığında 12 müxtəlif şəhərdə keçirilməsi planlaşdırılır. Bu şəhərlər arasında Bakı da var.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest