 
 
İsrailin paytaxtı Təl-Əvivdə təşkil olunan cüdo üzrə "Böyük dəbilqə" turniri davam edir. Matc.az xəbər verir ki, yarışa Davud Məmmədsoyun sayəsində 1 qızıl medalla başlayan Azərbaycan yığmasının daha üç üzvü bu gün tatami üzərinə çıxıb. Bunlar Telman Vəliyev, Hidayət Heydərov, Zelim Tskayev idi
	Kişilər
	73 kq
	
	Telman Vəliyevin 1/16 finalda rəqibi Likas Rayter (Avstriya) idi. Amma idmançımızdan götürülən sonuncu COVİD-19 testinin cavabı pozitiv çıxdığı üçün yarışlardan kənarlaşdırılıb.  
81 kq
	Mübarizəyə 1/16 finaldan başlayan Zelim Tskayev Ben Haroçla (İsrail) dueldən qalib ayrılsa da, növbəti cəhdində Monqolustan idmançısına uduzub.
	
	Hidayət Heydərov isə 1/8 finalda Marsel çerçea (Rumıniya) ilə üz-üzə gəlib və rəqibini ippona salıb. O, yarımfinala çıxmaq üçün niderlandlı  De Frankı məğluv etməliydi. Lakin bu rəqibinə uduzan Hidayət mübarizəni dayandırmalı olub.
Qeyd edək ki, yarışa fevralın 20-də yekun vurulacaq.

 
             
 















