Futbol üzrə Portuqaliya Liqa Kubokunun qalibi müəyyənləşib.
 
Matc.az xəbər verir ki, finalda "Sportinq"lə "Braqa" üz-üzə gəlib.
 
"Sportinq" bu görüşdə 1:0 hesabıyla qalib gəlməklə Liqa Kubokunu qazanıb.
 
Lissabon təmsilçisi tarixində üçüncü dəfə Liqa Kubokunun qalibi olub. Sözügedən komanda daha öncə 2018 və 2019-cu illərdə də bu turnirin ən güclüsü olmuşdu. Bu baxımdan rekord "Benfika"ya məxsusdur. Bu klub 7 dəfə finalda oynayıb və bütün görüşlərdə qələbə qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest