İtaliyanın “Sampdoriya” klubu daha bir futbolçusu ilə müqavilə yeniləyib.
 
Matc.az xəbər verir ki, A Seriyası təmsilçisi yarımmüdafiəçi Albin Ekdalla müqavilənin müddətini 2022-ci ilin yayına qədər uzadıb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Əvvəlki müqavilənin müddəti bu mövsümün sonuna qədər idi.
 
Qeyd edək ki, Albin Ekdal 2018-ci ildən “Sampdoriya”nın uğurları üçün çalışır. 31 yaşlı yarımmüdafiəçi bu vaxta qədər sözügedən komanda ilə 84 matça çıxıb.
 
İsveç yığmasının da üzvü olan Ekdal, daha öncə “Brommapoykarna”, “Yuventus”, “Syena”, “Bolonya”, “Kalyari” və “Hamburq”da da forma geyinib.
 
“Atalanta” bir neçə gün öncə yapon müdafiəçi Maya Yoşida, həmçinin qambiyalı müdafiəçi Omar Kollini ilə də müqavilələri yeniləmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest