Türkiyənin “Göztəpə” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
 
Matc.az xəbər verir ki, Super Liqa təmsilçisi Yunanıstan PAOK-undan Anderson Esitini heyətinə qatıb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. İzmir təmsilçisi nigeriyalı futbolçunu mövsümün sonuna qədər icarəyə götürüb.
 
Peşəkar karyerasına Portuqaliyanın “Leyksoeş” klubunda başlayan Esiti, bu ölkədə “Eştoril”in də formasını geyinib. 2016-2019-cu illər aralığında Belçika “Gent”inin uğurları üçün çalışmış Nigeriya millisinin 26 yaşlı üzvü 2019-cu ildən PAOK-da çıxış edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest