Futbol üzrə UEFA çempionlar Liqasında 2021/22 mövsümünün təqvimini açıqlanıb. Matc.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, qitənin bir nömrəli klub turnirində yeni mövsümə iyunun 22-də ilkin mərhələnin yarımfinal oyunları ilə start veriləcək. 3 gün sonra bu raundun final matçı baş tutacaq.
 
Birinci təsnifat mərhələsinin görüşləri 6-7 və 13-14 iyulda, ikinci raundun matçları 20-21 və 27-28 iyulda oynanılacaq. üçüncü təsnifat mərhələsində ilk oyunlar 3-4 avqustda, cavab qarşılaşmaları 10 avqustda keçiriləcək. Pley-off mərhələsinin görüşləri isə 17-18 və 24-25 avqustda olacaq.
 
UEFA çempionlar Liqasında qrup mərhələsi 14-15 sentyabrda birinci turun oyunları ilə başlayacaq.
 
UEFA çempionlar Liqası
2021/22 mövsümü
 
İlkin mərhələ
22 iyun: Yarımfinal
 
25 iyun: Final
 
6-7 və 13-14 iyul: Birinci təsnifat mərhələsi
 
20-21 və 27-28 iyul: İkinci təsnifat mərhələsi
 
3-4 və 10 avqust: üçüncü təsnifat mərhələsi
 
17-18 və 24-25 avqust: Pley-off mərhələsi
 
Qrup mərhələsi
 
14-15 sentyabr: Birinci tur
 
28-29 sentyabr: İkinci tur
 
19-20 oktyabr: üçüncü tur
 
2-3 noyabr: Dördüncü tur
 
23-24 noyabr: Beşinci tur
 
7-8 dekabr: Altıncı tur
 
Pley-off
2022-ci il
 
15-16, 22-23 fevral və 8-9, 15-16 mart: 1/8 final mərhələsi
 
5-6 və 12-13 aprel: 1/4 final mərhələsi
 
26-27 aprel və 3-4 may: Yarımfinal mərhələsi
 
28 may: Final
 
Qeyd edək ki, UEFA çempionlar Liqasında 2021/22 mövsümünün finalı Rusiyanın Sankt-Peterburq şəhərindəki eyniadlı stadionda keçiriləcək.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest