“Neftçi”nin İsveçrənin “Bazel” klubundan transfer etmək istədiyi futbolçunun kimliyinə aydınlıq gəlib. Matc.az xəbər verir ki, bu, Kamerunda dünyaya göz açsa da, İsveçrə yığmasında oynamağa üstünlük verən Dimitri Oberlindir.
 
O, 2017-ci ildən “Bazel”də çıxış edir. İsveçrə klubu onu 2019-cu ildə “Empoli”yə, həmçinin “Sulte Varegem”ə icarəyə də verib. İsveçrə yığmasında bir oyun keçirmiş futbolçu peşəkar karyerasına “Sürix”də başlayıb. Daha sonra “Zalsburq”, “Liferinq” və “Altax” klublarında da oynayıb.
 
Xatırladaq ki, “Neftçi”nin baş məşqçisi Samir Abasov “CBC Sport”da yayımlanan “Bizim futbol” verilişində bir neçə hücumçu ilə danışıqlar apardıqlarını və imtina cavabı aldıqlarını bildirib:
 
“Qış fasiləsində hücumçu axtarışı çox çətindir. Üç oyunçuya təklif göndərdik, gəlmək istəmədilər. Onlardan biri də İsveçrənin “Bazel” klubunun üzvüdür. Gənc olduğu üçün çox vaxt icarədə olur. Oyunçuda perspektiv gördükləri üçün Azərbaycana göndərmək istəmədilər”.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest