Futbol üzrə Azərbaycan Premyer Liqasının 13-cü turunun "Səbail" - "Qəbələ" oyunundan (1:3) sonra "qırmızı-qaralar"ın baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib.

Futbol üzrə Azərbaycan Premyer Liqasının 13-cü turunun "Səbail" – "Qəbələ" oyunundan (1:3) sonra "qırmızı-qaralar"ın baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib.
 
Matc.az sizi 40 yaşlı mütəxəssisin fikirləri ilə tanış edir: 
 
"Oyunun çətin keçəcəyini bilirdik. Hava şəraiti dinamik, total futbol göstərməyə mane olurdu. üç gündən bir oynadığımız üçün heyətdə rotasiya etmişdik. İnanırdıq ki, meydana çıxan futbolçular komanda yoldaşlarını layiqli əvəz edəcək və qələbə qazanacağıq. Qələbəyə köklənmişdik. öz istədiyimiz məzmunlu futbolu nümayiş etdirəcəyimiz halda qalib gələcəyimizə inanırdıq. Komanda verilən tapşırıqları yerinə yetirdi və layiqli qələbə qazandıq. Mövsümün əvvəlində heyəti ən gec formalaşdıran komanda "Qəbələ" oldu. Hətta 3-4-cü turlarda da bizə qoşulanlar var idi. Bizə vaxt lazım idi ki, xətlərarası əlaqələri quraq. Amma ilk turlarda da baxımlı, hücum futbolu oynayırdıq. Əsas tələbimiz də odur ki, hücuma tez çıxıb, ön xətdə keyfiyyətli olaq. İnanıram ki, bu bizim maksimumumuz deyil. Ceyms Adeniyinin səviyyəsi hamıya məlumdur. O, Azərbaycan çempionatına gəlmiş ən yaxşı futbolçulardan biridir. Ceyms geri dönəndə də biz onun səviyyəsinə bələd idik. Lakin o bir müddət futboldan kənarda qalmışdı ki, bu da təsirini göstərirdi. Biz ona inanırıq və komandamızda davam etməsinə şad olarıq. Sırf hücumçu deyil, hücumameylli futbolçunun komandamıza qoşulmasına məmnun olarıq. Bu heyətlə də böyük məqsədlər uğrunda oynamaq mümkündür. Hamısı keyfiyyətli futbolçulardır. Lakin rəqabəti artırmaq üçün bir oyunçunun da olması yaxşıdır". 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest