"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 13-cü turu çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyunu şərh edib.

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 13-cü turu çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyunu şərh edib.
 
Matc.az xəbər verir ki, 38 yaşlı mütəxəssis 2:3 hesabı ilə uduzduqları oyundan sonra təşkil olunmuş mətbuat konfransında bunları deyib:
 
"Maraqlı oyun oldu. çox gərgin matç idi. Qələbə qazanmaq istəyirdik, yaxşı müdafiə olunurduq. Ən azı 1 xalı haqq edirdik. Matçın əvvəlində yaxşı qapandıq. İki qol vurduq. İkincidən sonra tez buraxdıq. "Qarabağ"a qarşı 10 nəfərlə qalmaq çətindir. Qırmızı vərəqədən sonra bir əvəzetməmiz qalmışdı. Oyunun qırılma anı buraxdığımız ikinci qol idi. Sonda hesabı bərabərləşdirə bilərdik. Amma alınmadı. Oyunlarımız maraqlı və gərgin keçir. Növbəti oyunlara hazırlaşacağıq.".
 
Sadıqov deyib ki, görüşdəki səhvləri analiz etmək üçün hələ tezdir: "Sonra oyunu analiz edəcəyik. Düşünürəm ki, qələbə üçün hər şey etdik. Rəqibə əvvəldən qol imkanları vermirdik. Qol buraxdıqdan sonra alınmadı. Futbolçular sona qədər mübarizə apardılar. Səhvlər mütləq var, rəqib də bizi buna məcbur etdi. Bu gün ən optimal heyətə malik "Qarabağ" gördüm. Buna tab gətirmək asan deyil. Düşünürəm ki, bir az çalışsaq, daha yaxşı ola bilərik".
 
Gənc mütəxəssis sarı vərəqə almasına belə münasibət bildirib: "Qələbə qazanmaq istədiyim üçün bir az aqressiv idim. Hakimin çox epizodalarına münasibət bildirirdim. Amma mənə görə müzakirəli epizodları var. Dmitris çantakiasa ilk epizodda niyə sarı vərəqə verdiyini bilmirəm. Ağabala Ramazanovun da epizodu mübahisəlidir".
 
Gənc baş məşqçi legionerlərin fasilə müddətində öz ölkələrinə getməmələrinin mümkünlüyünü də dilə gətirib: "Komanda bir həftəlik fasiləyə buraxılacaq. Yanvarın 2-də toplaşacağıq. Legionerlərlə ölkə xaricinə getməmək barədə söhbət olub. Yoluxma sayı artdığı üçün bu addımı atdıq. Kimsə desə ki, getmək istəyirəm, qarşısını almayacağıq. Mən kiməsə deməmişəm ki, evə getmək olmaz. Mən özüm də uzun müddət bazada qalıram. Belə edəndə futbolçular xəstələnmədi, bu gün fasiləyə müəyyən səviyyədə gedirik. özümüzü iki həftədən çox yaxşı hiss etdik. Mən toplanışdan istədiyimi aldım. Komandaya bir həftə istirahət verəcəyəm".
 
Komandanın hazırkı nəticələri ilə kifayətlənməyəcəyini deyən Sadıqov "Zirə"nin qarşıdakı planlarından da danışıb: "Bu günümüzə, qazandığımız xallara şükür edirəm. Amma bununla kifayətlənən insan deyiləm. Qarşımıza məqsəd qoymuşuq ki, daha yaxşı komanda olar. Yeni futbolçular olacaq. Qışda oyunçu almaq çətindir. İki və ya maksimum 3 futbolçu almaq istəyirəm. Planda kiminsə göndərilməsi yoxdur, Rəşad Eyubov və Kayo Rangellə qarşılıqlı anlaşma əsasında vidalaşdıq. Borçe Xristovla da birlikdə fəaliyyət göstərmişəm. Onunla bağlı qərarı mən vermişəm. Sadəcə, elə şeylər var ki, onları açıqlamaq istəmirəm. Bu gün bu qərar lazım idi və verdim". (report)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest