"Çempionatda 3 həftəlik fasilə yaranmışdı. "Sumqayıt"la matçda əlimizdən gələni etdik ki, baş məşqçimizin tapşırıqlarını yerinə yetirək. Məğub duruma düşsək də, sonradan oyunumuzu düzəldib xal qazana bildi

"çempionatda 3 həftəlik fasilə yaranmışdı. "Sumqayıt"la matçda əlimizdən gələni etdik ki, baş məşqçimizin tapşırıqlarını yerinə yetirək. Məğub duruma düşsək də, sonradan oyunumuzu düzəldib xal qazana bildik".
 
Matc.az xəbər verir ki, bu fikirləri "Report"a açıqlamasında "Zirə"nin futbolçusu Qismət Alıyev Premyer Liqanın 12-ci turunda "Sumqayıt"la 2:2 hesablı heç-heçə etdikləri matç barədə danışarkən deyib.
 
24 yaşlı yarımmüdafiəçi 13-cü turda "Qarabağ"la matçı düşündüklərini və həmin görüşdə sərfəli nəticə qazanmağa çalışacaqlarını bildirib.
 
Alıyev "Sumqayıt"la oyunun 62-ci dəqiqəsində komandasını məğlubiyyətdən xilas edən qola imza atıb. O, vurduğu baxımlı qol barədə bunları deyib: "Oyunda çox vaxt həmin mövqedə olan futbolçunun üzərinə top gəlmir. Top birbaşa üstümə gəldi və fikirləşdim ki, ən düzgün qərar birbaşa qapıya zərbə endirməkdir. Qolun gözəlliyi mənim üçün önəmli deyil, əsas komandama kömək etməkdir. Necə qol olursa olsun, əsas odur ki, komandama faydası dəysin".
 
Yarımmüdafiəçi "bəlkə də ilin qoluna imza atdığınızı düşünürsünüzmü" sualını isə belə cavablandırıb: "Bu dəqiqə heç nə deyə bilmərəm. çempionatdakı fasilədən sonra bol qollu oyun oldu. Təkcə öz zərbəmi fərqləndirmək istəmirəm, komanda yoldaşım Ağabala Ramazanov da cərimə zərbəsindən fərqləndi. O da baxımlı idi. İkisi də çox gözəl alındı. Bəlkə mövsüm ərzində mənim qolumdan da yaxşıları oldu".
 
Oyunçu "Zirə"nin mövsümü yuxarı pillələrdə tamamlamaq istədiyini sözlərinə əlavə edib: "Baş məşqçinin dediklərini yerinə yetirə bilsək, istədiyimiz nəticələri əldə edəcəyik. Qarşıdakı hələ çox tur var".
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest