UEFA Çempionlar Liqasında qrup mərhələsinin sonuncu - 6-cı turunun oyunlarından sonra həftənin ən yaxşı futbolçusu açıqlanıb.
 
Matc.az xəbər verir ki, azarkeşlərin səsverməsinə əsasən, bu ada Fransanın PSJ klubunun hücumçusu Neymar layiq görülüb.
 
28 yaşlı forvard Parisdə Türkiyənin "Başakşəhər" komandasını 5:1 hesabı ilə məğlub etdikləri matçda het-trik edib.
 
Həftənin ən yaxşısı adına “Real”dan Kərim Benzema, “Şaxtyor”dan Anatoli Trubin və “Sevilya”dan Yussef En Nesiri də namizəd idi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest