Premyer Liqada koronavirusa yoluxanların sayı durmadan artır. Bu gün daha bir neçə futbolçunun COVİD-19 testinin müsbət çıxdığı aydınlaşdı. Beləliklə, ümumi say 40-a çatdı.

Hazırda çempionatın təxirə salınması ilə bağlı məsələ müzakirə mövzusuna çevrilir. Bəlkə də lazımdı, amma digər Avropa ölkələrinə diqqət etsək, bu addıma gərək duyan hələ ki, yoxdu. Qış fasiləsinə cəmi 3 turun qaldığını nəzərə alsaq, bir qədər səbr etməyə dəyər. Sadəcə, vəziyyətə nəzarət etmək lazımdı.

Yalnız kubok matçlarının yeni ilə saxlanılması müzakirə edilməlidi. 4 divizion komandasının da qatılacağı ilk mərhələ və 1/4 final görüşləri 2020-də baş tutsa, pis olmaz. Peşəkar Futbol Liqası bu oyunları gələn ilə saxlasa, çempionatın ikinci dövrəni yekunlaşdırmaq mümkündü. (futbolinfo.az)

Klublarda hazırkı koronavirus tablosu isə belədi:

Qəbələ – 8

Aktiv xəstələr: Ceyms Adeniyi, ülvi İsgəndərov, Ehtiram Şahverdiyev, Yusif Nəbiyev, Merab Qiqauri, Rasim Ramaldanov.

Sağalanlar: Murad Musayev, Tərlan Əhmədli.

Sabah – 8

Aktiv xəstələr: Coşqun Diniyev, Xulio Sezar Rodriges, Yevgeni Koçuk.

Sağalanlar: Bəhlul Mustafazadə, Təmkin Xəlilzadə,  Elşən Abdullayev, Abbas Ağazadə, Ceyhun Nuriyev.

Səbail – 7

Aktiv xəstələr: Kamran Ağayev, Rauf Əliyev, Əfran İsmayılov, Elgün Nəbiyev, Vüqar Bəybalayev.

Sağalanlar: Kamal Qurbanov, Mirsahib Abbasov.

Neftçi – 6

Aktiv xəstələr: Anton Krivotsyuk, Mirabdulla Abbasov, Emin Mahmudov, Vəfadar Quliyev (məşqşi).

Sağalanlar: Cabir Əmirli, Prins İbarra

Keşlə – 4

Aktiv xəstələr: Stanislav Namaşko, Rəhman Hacıyev, Şəhriyar Əliyev.

Sağalanlar: Vüsal İsgəndərli.

Zirə – 4

Aktiv xəstələr: Kərim Diniyev.

Sağalanlar: Ali Sisey, Klesio Bauk, Eltun Yaqublu (məşqşi).

Qarabağ – 2

Aktiv xəstələr: Rahil Məmmədov, Maksim Medvedev.

Sağalanlar: yoxdu.

Sumqayıt – 1

Aktiv xəstələr: yoxdu.

Sağalanlar: Səbuhi Abdullazadə.

P.S.: Bu gün "Sumaqyıt" və "Qəbələ"də siyahı dəyişə bilər. Sabah meydana çıxacaq komandaların son testinin nəticəsi axşamüstü dəqiqləşməlidi.

P.P.S: Klubların inzibati heyətində, xidmət personalında da xəstələr var.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest