Mövsümün sonunadək Maykl Kerrik müvəqqəti baş məşqçi təyin olunub. 2016-cı ilin yayından komandaya rəhbərlik edən Mourinyo bu vaxt ərzində üç titul qazanıb

“Mançester Yunayted” klubunun baş məşqçisi Joze Mourinyo vəzifəsindən uzaqlaşdırılıb. Matç.az xəbər verir ki, bunu İngiltərə təmsilçisinin rəsmi saytı açıqlayıb.

Məlumatda bildirilir ki, mövsümün sonunadək Maykl Kerrik müvəqqəti baş məşqçi təyin olunub. Bu müddətdə isə yeni çalışdırıcının axtarışları gerçəkləşəcək.

2016-cı ilin yayından komandaya rəhbərlik edən Mourinyo bu vaxt ərzində üç titul qazanıb

Qeyd edək ki, portuqaliyalı mütəxəssis MY-dəki son oyununda “Liverpul”a 1:3 hesablı məğlubiyyətə üzülüb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest