Bu gün çexiyanın paytaxtı Praqada cüdo üzrə Avropa çempionatı start götürüb. Matc.az xəbər verir ki, yarışın ilk günündə Azərbaycanın 6 idmançısı mübarizə aparıb. Kişilərin yarışında 2, qadınlarda isə 4 cüdoçumuz medallar uğrunda qüvvəsini sınayıb və onlardan yalnız biri - Orxan Səfərov fəxri kürsüyə yüksəlib.

Avropa çempionatı
Kişilər
66 kq

Kişilərin mübarizəsində 66 kq çəki dərəcəsində Nicat Şıxəlizadə 1/16 finalda Moldova təmsilçisinə uduzub. 
Orxan Səfərov isə yarımfinala qədər İtaliya, Slovakiya, Almaniya və Serbiya cüdoçularını məğlub edib. ) qızıl medal uğrunda görüşdə İsrail təmsilçisi Tal Flikerlə üz-üzə gəlib və  qələbə qazanıb. Bununla, yığmamız ilk günü 1 medalla - qızıl medalla başa vurub. 

Qadınlar
48 kq

Aişə Qurbanlı 1/8 final mərhələsində  Distria Krasniç (Kosovo), Leyla Əliyeva isə Katarina Mentsi (Almaniya) ilə bacarmayıb.

52 kq
Mübarizəyə 1/16 finaldan başlayan Gültac Məmmədəliyeva da ilk görüşdəcə uduzub. O, Tetyana Levitska-Şukvani (Gürcüstan) ilə dueldən məğlub ayrılıb.

57 kq
Təmsilçimiz Aleksandra-Larisa Florian 1/8 finalda Sanne Verhageniyı (Niderland) məğlub olub.

 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest