UEFA çempionlar Liqasında qrup mərhələsinin üçüncü turunun oyunlarından sonra həftənin ən yaxşı futbolçusu müəyyənləşib.
 
Matc.az xəbər verir ki, bu ada İngiltərə "Liverpul"unda çıxış edən Dioqo Jota layiq görülüb.
 
24 yaşlı portuqal hücumçu İtaliyada "Atalanta"nı 5:0 hesabı ilə məğlub etdikləri görüşdə het-trik edib.
 
Bu ada Almaniya "Borussiya"sından (Münhenqladbax) Alassan Plea, Almaniyanın digər təmsilçisi Dortmund "Borussiya"sından Erlinq Haland və İspaniya "Sevilya"sından Yussef En Nasiri də namizəd idi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest